Fransa: Avropa Hörmüz boğazından təhlükəsiz keçidi təmin edə bilər

Xəbərin çap versiyası
Tarix: Bu gün, 15:43


"Belçika, Niderland və Fransa kimi Avropa ölkələri mina təmizləmə imkanlarına malikdir, bu isə Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə kömək edə bilər".

Civilazerbaijan.com
bildirir ki, bunu Fransanın müdafiə naziri Katrin Votren aprelin 17-də söyləyib.

TF1 televiziyasına müsahibəsində Votren deyib ki, gəmiləri tam müşayiət etmək imkanları var:

"Bu müşayiət heç bir şəkildə aqressiv xarakter daşımır, boğazdan təhlükəsiz keçidi təmin etməyə yönəlib. Məsələ bu gün Parisdə müzakirə olunacaq".

Aprelin 17-də Fransa və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə Parisdə 40-a yaxın ölkənin nümayəndəsi bir araya gəlir. Məqsəd Hörmüz boğazında gəmilərin hərəkətini bərpa etmək üçün çoxtərəfli, müdafiə xarakterli missiya planlaşdırmaqdır.

Fevralın 28-də müharibə başlayandan İran Hörmüzü faktiki bloklayıb. Bu isə qlobal enerji bazarlarında böyük pozuntuya səbəb olub.

Aprelin 13-dən isə ABŞ İran limanlarını və sahil ərazilərini blokadaya alaraq bu ölkə ilə dəniz ticarətini məhdudlaşdırıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz