Tramp Rusiya və Ukrayna arasında üçgünlük atəşkəs elan edib

Xəbərin çap versiyası
Tarix: Bu gün, 13:31


ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında üçgünlük atəşkəs razılığının əldə olunduğunu elan edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb. Sonradan həm Kiyev, həm də Moskva rəsmi olaraq bu razılaşmanı təsdiqləyiblər.

Trampın sözlərinə görə, atəşkəs mayın 9, 10 və 11-də qüvvədə olacaq və hərbi əməliyyatların dayandırılması ilə yanaşı, "1000-ə 1000" formatında hərbi əsir mübadiləsini əhatə edəcək.

Trampın yazdığına görə, müvəqqəti barışıq xahişi ilə məhz özü çıxış edib və Rusiya ilə Ukrayna prezidentləri bununla razılaşıblar.

"Ümid edirəm ki, bu, çox uzun, ölümcül və ağır müharibənin sonunun başlanğıcıdır", – deyə Tramp vurğulayıb və sülh danışıqlarında hər gün irəliləyiş olduğunu əlavə edib.

Ukrayna prezidenti Volodimir Zelenski rəsmi fərman imzalayaraq Moskvada keçirilən Qələbə paradı zamanı Qırmızı Meydanı Ukrayna silahlarının hədəf zonasından çıxarıb. O, bu addımı belə əsaslandırıb: "Evlərinə qaytarıla biləcək ukraynalı əsirlərin həyatı bizim üçün Qırmızı Meydandan daha əhəmiyyətlidir".

Kremlin mətbuat katibi Dmitri Peskov fərmanı şərh edərək deyib: "Qoy vay olsun o kəsin halına ki, Qələbə Gününə istehza etməyə çalışır. Və bu cür axmaq zarafatlara əl atır. Bu, daha çox onun öz bəlasıdır". O əlavə edib ki, "bizim heç kimin icazəsinə ehtiyacımız yoxdur", AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz