Tramp Hörmüz boğazına nəzarəti ələ keçirməklə hədələyib
Tarix: Dünən, 18:34
Fema
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Hörmüz boğazının "qoruyucu mələyi" ola bilər. Bu bəyanat Fars körfəzi regionunda yeni hava hücumları fonunda səslənib.
Civilazerbaijan.com bildirir ki, Tramp iyulun 13-də “Fox News” telekanalına telefonla müsahibəsində deyib ki, əgər ABŞ Hörmüz boğazına nəzarəti üzərinə götürərsə, bunun əvəzində kompensasiya almalıdır. Dinc dövrdə dünyada enerji daşımalarının təxminən beşdə biri Hörmüzdən keçib və boğaz hazırda münaqişənin əsas cəbhələrindən birinə çevrilib.
"Biz boğazı qoruyacağıq və yəqin ki, onu idarə də edəcəyik. Biz boğazın mühafizəçisi olacağıq. Bəlkə də buna 'boğazın qoruyucu mələyi' deyəcəyik. Və bunun qarşılığında bizə ödəniş edilməlidir", – Tramp bildirib.
Prezident bu planın necə həyata keçiriləcəyi ilə bağlı əlavə məlumat verməyib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə iyulun 13-də bildirib ki, Hörmüz boğazında normal gəmiçiliyin bərpasının yeganə yolu ABŞ-nin bu su yolundakı hərbi müdaxiləsinə son qoymasıdır.
Trampın açıqlamalarından öncə ABŞ İranın Hörmüz boğazında gəmilərə hücumlarına cavab olaraq ölkənin cənubundakı hədəflərə zərbələr endirib. Həmin hücumlara cavab olaraq İran da Fars körfəzindəki qonşu ölkələrə zərbələr endirib, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












