Məhkəmə Bəşər Əsədə ölüm hökmü çıxarıb

Xəbərin çap versiyası
Tarix: Bu gün, 15:46


Avqustun 11-də Suriyada məhkəmə ölkənin devrilmiş lideri Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü çıxarıb.

Civilazerbaijan.com
bildirir ki, o, ölkədə 14 illik müharibə zamanı qətllər, işgəncələr və qanunsuz həbslər daxil, bir sıra cinayətlərdə təqsirli bilinib.

Məlumata görə, Əsəd, onun əmisi oğlu, keçmiş briqada generalı Atif Nəcib və daha yeddi nəfər Suriya xalqına qarşı hərbi cinayətlər, qətllər, işgəncələr və insanlığa qarşı cinayətlər törətməkdə təqsirli biliniblər.

İttihamlar 2011-ci ildə Dəraa vilayətində siyasi dəyişikliklər və azadlıq tələbi ilə keçirilən dinc etiraz aksiyalarının amansız şəkildə yatırılması ilə bağlıdır. Bildirilir ki, Bəşər Əsəd rejimi etirazlara kütləvi həbslər və zorakılıqla cavab verib. Bu isə sonradan yüz minlərlə insanın həyatına son qoyan və ölkənin böyük hissəsini dağıntılara çevirən vətəndaş müharibəsinə səbəb olub.

Əsəd 2024-cü ilin dekabrında üsyançıların hücumu ilə devrilib, üsyançılara başçılıq edən Əhməd əş-Şaraa Suriyanın faktiki liderinə çevrilib. Dəməşqdən qaçan Əsəd hazırda Moskvadadır. Bu, onun barəsində ilk məhkumluq hökmüdür.

Əsəd dövründə təhlükəsizlik rəsmisi olmuş Atif Nəcib də ölüm cəzasına məhkum edilib.

1965-ci ildə anadan olan Əsəd atası Hafiz Əsədin ölümündən sonra, 2000-ci ildə prezident olub. O, sünni müsəlmanların çoxluq təşkil etdiyi ölkədə mənsub olduğu ələvi təriqətinin üstün mövqeyini qoruyub saxlayıb. Onun dövründə Suriya İranın müttəfiqi, İsrail və ABŞ-yə qarşı olub.

Suriyada 2011-ci ildə "Ərəb baharı" fonunda vətəndaş müharibəsi başlayıb. Demokratiya tələbi ilə keçirilən etirazlar genişmiqyaslı silahlı münaqişəyə çevrilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz