ABŞ şərtləri yerinə yetirənəcən Hörmüz bağlı qalacaq - QALİBAF

Xəbərin çap versiyası
Tarix: Bu gün, 14:58


ABŞ iyunda İranla imzalanmış aralıq razılaşmanın şərtlərini yerinə yetirənəcən Hörmüz boğazı bağlı qalacaq.

Civilazerbaijan.com
bildirir ki, İranın danışıqlarda əsas təmsilçisi Məhəmməd Bağır Qalibafın bu açıqlamasını avqustun 18-də dövlət mediası yayıb.

Bu şərtlərə ABŞ-nin İran limanlarına blokadanı aradan qaldırması, neft sanksiyalarını ləğv etməsi, Tehranın dondurulmuş aktivlərini azad etməsi, bütün cəbhələrdə təhdidlərə və hərbi əməliyyatlara son qoyması daxildir. Qalibaf bunu parlamentdə çıxışında deyib.

Anlaşma memorandumu iyunun 17-də əldə edilib, Hörmüzə nəzarətlə bağlı fikir ayrılığına görə az sonra pozulub. Müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qazın 20 faizi bu su yolu ilə daşınırdı.

ABŞ prezidenti Donald Tramp iyulun 7-də razılaşmanın “bitdiyini” bildirib, bir həftə sonra İran Xarici İşlər Nazirliyi onun “dayandırıldığını” elan edib.

Anlaşma memorandumuna görə, İran və ABŞ maksimum 60 gün ərzində danışıqlar aparmağı öhdələrinə götürmüşdülər. Yekun razılaşma Tehranın nüvə proqramının gələcəyi daxil daha geniş məsələləri əhatə etməliydi. Qarşılıqlı razılıq əsasında bu müddət uzadıla bilərdi.

İranın yüksək vəzifəli rəsmisi avqustun 17-də “Reuters”ə bildirib ki, münaqişəyə birdəfəlik son qoyacaq diplomatik səylərin dalana dirənməsi İranı bundan sonra “tam hücum mövqeyinə” keçməyə vadar edəcək, AzadlıqRadiosunun açıqlamasında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz