Ermənistan müharibənin nəticələrini tanıyan sənədi imzalamağa hazırlaşır? - BƏYANAT
Tarix: 2-09-2021, 18:20
Ermənistanın bir sıra müxalifət xadimlərini və təşkilatlarını birləşdirən Milli Demokratik Qütb bu gün bəyanatla çıxış edib.
CivilAzerbaijan.com bildirir ki, həmin bəyanatda Milli Demokratik Qütb hakimiyyəti təslimçilik sazişini imzalamağa hazırlaşmaqda ittiham edib.
"Mövcud məlumata görə, Ermənistan hakimiyyəti sentyabr-oktyabr aylarında bir neçə antierməni sənəd imzalamaq niyyətindədir. Onlar 44 günlük müharibənin nəticələrini tanımağa və leqallaşdırmağa yönəlib. Görünür, söhbət "Lavrov planı"nın reallaşmasından gedir, bu, Ermənistan üçün sarsıdıcı olacaq", - bəyanatda deyilir.
Turanını məlumatına görə, müraciətdə qeyd olunur ki, "Milli Demokratik Qütb hakimiyyətin planları barədə məlumatlı olduğunu bildirir və erməni xalqının şüurlu və vətənpərvər hissəsini azadlıq mübarizəsi prosesinə başlamağa və öz iradəsini ölkə meydanlarında yeritməyə hazır olmağa çağırır".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər