Nobel mükafatının ədəbiyyat üzrə qalibi bəlli oldu

Xəbərin çap versiyası
Tarix: 7-10-2021, 17:39


2021-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.

CivilAzerbaijan.com
bildirir ki, Nobel Komitəsinin rəsmi "Tvitter" hesabının verdiyi məlumata görə, 73 yaşlı tanzaniyalı yazıçı Abdulrazzak Gurnah mükafata layiq görülüb.

Gurnah mükafata "Mədəniyyətlər və qitələr arasındakı uçurumda müstəmləkəçiliyin təsirlərinə və qaçqınların taleyinə barışmaz və mərhəmətli şəkildə nüfuz etdiyinə görə" layiq bilinib.

Hal-hazırda Böyük Britaniyada yaşayan yazıçı 1948-ci ildə Zənzibarda dünyaya göz açıb. 20 yaşında o, Britaniyaya gəlib və Kent universitetində təhsil almağa başlayıb, sonradan bu universitetin professoru olub.

1980-1982-ci illərdə Nigeriyanın Bayero Universitetində mühazirələr oxuyub. 1982-ci ildə Britaniyanın Kent Universitetində doktorluq dərəcəsini müdafiə edib. Hazırda professor elmi dərəcəsi ilə Kent Universitetinin ingilis dili kafedrasına rəhbərlik edir.

10 roman müəllifi olan Abdulrazak Gurnah "Dəniz sahilində", "Cənnət" və "Fərarilik" adlı əsərləriylə məşhurdur.

1994-cü ildə yazdığı “Cənnət” romanı Buker və Vitbred müsabiqələrinin qısa siyahısına düşüb. “Fərarilik” (2005-ci il) və “Dənizdə” (2001) romanları Buker mükafatının uzun siyahısına daxil olub.

“Afrika yazısı haqqında esse” iki cildlik toplunun məsul redaktoru, “Salman Rüşdiyə yoldaş” kitabının və “Uasafiri” jurnalının redaktorudur. Salman Rüşdi, Zoi Vikomb, Vidiadxar Suracprasad və bir sıra digər postmüstəmləkə yazıçıları haqqında məqalələrin müəllifidir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz