2022-ci il ədəbiyyat üzrə “Nobel” mükafatının qalibi bəlli oldu

Xəbərin çap versiyası
Tarix: 6-10-2022, 21:41


2022-ci il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.

Civilazerbaijan.com
bildirir ki, bu il mükafatı fransız yazıçı Anni Erno (Annie Ernaux) cinsiyyət, dil və təbəqələşmə fərdlərinin həyatını araşdıran ədəbi nümunələrinə görə qazanıb.

Anni Erno 1940-ci ildə Fransada doğulub.İlk romanı “Boş dolablar” (“Les Armoires vides”) 1974-cı ildə nəşr olunub. Yazıçı bir sıra ədəbi mükafatların laureatıdır.

Hər il olduğu kimi bu il də ədəbiyyat adamları, tənqidçilər və oxucular arasında mükafatı kimin qazanacağı barədə bəhslər aparılmışdı.Seçimlər arasında ən çox seçilənlər fransız yazıçı Mişel Uelbek və hind əsilli ingilis yazıçı Salman Rüşdi olmuşdu.

Siyahıda həmçinin Stiven Kinq, Haruki Murakami, Enn Karson, Marqaret Etvud, Xavier Marias, Karl Uve Knausqor, Milan Kunderanın da adı vardı.

2022-ci ilin ilk “Nobel” mükafatı laureatı “Fiziologiya və ya tibb” nominasiyası üzrə mütəxəssis – isveçli bioloq Svante Paabo ilk qalib olub.

Fizika üzrə mükafatın qalibləri olaraq fransalı fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer və avstriyalı fizik Anton Tsaylinger seçilib.

İsveç Kral Elmlər Akademiyası 2022-ci il kimya üzrə “Nobel” mükafatını da “klik kimyası və bioortoqonal kimyanın inkişafına görə” Karolin Bertozzi (ABŞ), Morten Meldal (Danimarka) və Barri Şarplessə (ABŞ) vermək qərarına gəlib.

“Nobel həftəsi” oktyabrın 10-dək davam edəcək.

Oktyabrın 7-də sülh, 10-da isə iqtisadiyyat üzrə “Nobel” mükafatlarının laureatları açıqlanacaq.

Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz