Milan Kundera vəfat edib

Xəbərin çap versiyası
Tarix: 12-07-2023, 15:50


Çex yazıçısı Milan Kundera 94 yaşında vəfat edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə yazıçının doğma Brno şəhərindəki Milan Kundera Kitabxanasının sözçüsü məlumat verib.

“Varlığın dözülməz yüngüllüyü” əsərinin müəllifi uzun sürən xətsəlikdən dünyasını dəyişib.

Kundera özünəxas satira və poetik nəsrlə həyata dair məcburi və absurd hər şeyi ifadə etməyə çalışıb. Bu zaman müxalifətçiliyə görə Çexiya vətəndaşlığından məhrum edilməsindən yaşantılarını da nəql edib.

O, "Roman sənəti" (1986) adlı tənqidi əsərində yazır: "Həyat bildiyimiz bir tələdir: bizi fikrimizi soruşmadan dünyaya gətiriblər, seçmədiyimiz bir bədəndə qalırıq və ölümə məhkumuq".

Yazılarının müstəqil ruhu...

Kundera 1929-cu il aprelin 1-də ovaxtkı Çexoslovakiyanın Brno şəhərində anadan olub. Atası məşhur pianoçu olub.

O, Praqada təhsil alıb, burada Kommunist Partiyasına üzv olub, fransız şairi Apollineri tərcümə edib və özü də şeirlər yazıb.

Kundera kino məktəbində dərs deyib, tələbələri sırasında gələcək Oskar mükafatlı rejissor Miloş Forman da olub.

Kommunizmə sadiqliyini bəyan etməsinə baxmayaraq, Kunderanın yazılarının müstəqil ruhu onu tezliklə bəlaya salır.

1950-ci ildə partiyadan qovulan Kundera 1956-cı ildə yenidən ona üzv olur. 1970-ci ildə rolu olduğu bildirilən “Praqa baharı” islahat hərəkatı dağıdəlandan sonra ikinci dəfə partiyadan xaric edilib.

Kunderanın 1967-ci ildə təkpartiyalı dövlətdən bəhs edən "Zarafat" adlı qara yumor romanının nəşri onun Çexoslovakiyada yazılarının yasaqlanmasına, eyni zamanda vətənində məşhurlaşmasına səbəb oldu.

Mühacirət həyatı

1975-ci ildə həyat yoldaşı Vera ilə birlikdə Fransaya mühacirətə gedir və orada dörd il Renn Universitetində dosent vəzifəsində çalışır. Onlar 1979-cu ildə Çexiya vətəndaşlığından məhrum edilirlər.

Fransada isə “Həyat başqa yerdədir”, “Gülüş və unutma kitabı” əsərlərini yazır.

Ən məşhur əsəri olan "Varlığın dözülməz yüngüllüyü" 1984-cü ildə nəşr edilib. 3 il sonra bu əsər əsasında çəkilən filmdə Jülyet Binoş (Juliette Binoche) və Daniel Dey-Lüisin baş rollara çəkilirlər.

Bu roman, Praqa baharı və onun mühacirətdə yaşanan fəsadları fonunda həm fərdi, həm də kollektiv səviyyədə azadlıq və ehtiras haqqında bir əxlaq hekayəsidir, Azadlıq Radiosunun məlumatında qeyd olunur.

2019-cu ildə Çexiya yazıçının vətəndaşlığını bərpa edib və 2023-cü ildə onun doğma şəhəri Brnoda Milan Kundera Kitabxanası açıldı.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz