Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb

Xəbərin çap versiyası
Tarix: 6-10-2023, 11:33


İsveçdə ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə İsveç Kral Elmlər Akademiyası məlumat yayıb.

Bildirilib ki, 2023-cü il Ədəbiyyat üzrə Nobel Mükafatı norveçli yazıçı Jon Fosseyə verilib.

O, innovativ pyeslərinə görə bu mükafata layiq görülüb.

Yun Fosse 1959-cu ilin 29 sentyabrında Norveçdə anadan olub.



Uşaq yaşlarında ölümcül qəza keçirən Fosse bu qəzadan təsirlənərək yetkinlik yaşında sözügedən motivdə yazılar yazıb. Müəllifin əsərləri 40-dan çox dilə tərcümə edilib. Yaradıcılığında şeir, hekayə, roman, esse və pyeslər önə çıxır. 2011-ci ildən Fosse Norveç dövlətinə məxsus olan və Oslo şəhərinin mərkəzində Kral Sarayının ərazisində yerləşən Qrotten fəxri iqamətgahı ilə təltif edilib.

2022-ci ilin aprelində yazıçının romanı Damion Searls tərəfindən ingilis dilinə tərcümə edilib və "Yeni Ad: Septologiya VI-VII” romanı Beynəlxalq Buker Mükafatının qısa siyahıya düşüb. Yun Fosse həmçinin bədii tərcümə ilə də məşğuldur.

Mükafatın ötənilki qalibi fransalı yazıçı Anni Erno olub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz