Gürcüstan Qərb cameəsində qalmaq istəyirsə, "qaydalara uyğun oynamalıdır" - ABŞ



Cümə günü amerikalı baş diplomat, Avropa və Avrasiyaya məsul Ceyms O'Brayen Gürcüstanı Qərb cameəsinə qoşulmağa ümid etdiyi halda, "qaydalara uyğun oynamağa" çağırıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

"Əgər futbol matçına qoşulmaq istədiyinizi deyirsinizsə, bizim komandada 15 nəfər, sizin komandada isə 7 nəfərin olacağını söyləyə bilməzsiniz", - o, Vaşinqtonda telekonfrans zamanı deyib.

O'Brayenin bəyanatı dövlət katibi Blinkenin ABŞ-ın "Gürcüstanda demokratiyanın pozulmasına cavabdeh olan gürcü məmurlara və onların ailə üzvlərinə səyahət qadağaları tətbiq edəcəyini elan etməsindən bir gün sonra səslənib. Buraya vətəndaş cəmiyyətinin sıxışdırılması və dinc toplaşma azadlığının məhdudlaşdırılması daxildir."

Blinkenin bəyanatında ad çəkilməsə də, ABŞ-ın ABŞ-Gürcüstan əməkdaşlığını yenidən ciddi şəkildə nəzərdən keçirməyə hazır olduğu aydındır.

"Əlavə hərəkətlərimizə gəlincə", - O'Brayen izah edib, "Biz adların siyahısını dərc etmirik, lakin hansı hərəkətlərin bizdə xüsusi narahatlıq doğurduğunu açıq şəkildə bildiririk - bu, demokratik prosesləri pozmaq səyləri və əsasən öz fikrini ifadə edənlərə qarşı zorakılıq və hədə - qorxu tətbiqidir".

O'Brayen xatırladıb ki, viza məhdudiyyətləri təkcə məmurlara yox, onların ailə üzvlərinə də şamil ediləcək. Əsasən onların ABŞ-da yaşayan və oxuyan uşaqlarına.

Vaşinqtonun bu xəbərdarlıqlarına Tbilisinin reaksiyası ilə bağlı Turan-ın sualının cavabında O'Brayen deyib: “Təəssüf ki, vətəndaş cəmiyyətinə və müxalifətçi siyasətçilərə qarşı zorakılıq və təhdidlər, Gürcüstan xalqının Avropa və transatlantik dəyərlərə can atmaq səylərini əngəlləyən qanun sual doğurur: indiki rəhbərlik bunda maraqlıdırmı? Ümid edirik ki, onlar başa düşəcəklər ki, onların xalqı Avropa və NATO yoluyla getmək istəyir”.

Bölmələr