Jozef Borrel Türk Dövlətləri Təşkilatının zirvə görüşündə iştirakına görə Viktor Orbanı tənqid edib

Xəbərin çap versiyası
Tarix: 8-07-2024, 12:13


Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Josep Borrell Macarıstanın Baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının (TDT) sammitində ittifaqı təmsil etmək mandatı almadığını bildirib.

Civilazerbaijan.com
bildirir ki, yulun 5-də Viktor Orban sammitdə iştirak etmək üçün Azərbaycanın Şuşa şəhərinə gəlib.

“Viktor Orban Avropa İttifaqından onu Türk Dövlətləri Təşkilatının sammitində təmsil etmək üçün mandat almayıb. Avropa Ittıfaqı Kipr türk separatçı qurumunu legitimləşdirmək cəhdlərini rədd edir və yalnız Kipr Respublikasını tanıyır”, Borrell X yazıb.


Türk Dövlətləri Təşkilatının Şuşada keçirlən zirvə görüşündə çıxış edən Macarıstanın Baş naziri bu təşkilatı "Qərb və Şərq arasında əməkdaşlıq üçün çox mühüm təşkilat” kimi gördüyünü bildirib. O, həmçinin “regionda minlərlə insana sülh şəraitində yaşamaq imkanı verdiyinə” görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Cənab Orban belə bir fürsətin Avropada “mümkün qədər tez” yaranacağına ümid etdiyini bildirib.

İyulun 5-6-da Şuşa şəhərində TDT dövlət başçılarının sammiti keçirilib. Sammitin nəticəsi olaraq, iştirakçı ölkələr arasında digər məsələlərlə yanaşı, enerji və ticarət əlaqələrini quran Qarabağ Bəyannaməsi imzalanıb.

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, TDT-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan müşahidəçi üzv kimi çıxış edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz