ABŞ-dan Trampa sui-qəsd cəhdi ilə bağlı Kremlin şərhlərinə CAVAB

Xəbərin çap versiyası
Tarix: 16-07-2024, 13:17


Bayden administrasiyası keçmiş prezident Donald Trampa sui-qəsdlə bağlı Kremlin şərhini "məsuliyyətsiz" adlandırıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri məlumat verib.

Bundan öncə Kremlin yüksək vəzifəli məmuru deyib ki, Trampın mitinqində bir izləyicinin ölümü və digər iki nəfərin yaralanması ilə nəticələnən sui-qəsd prezident Co Bayden və onun müttəfiqlərinin günahı üzündən baş verib.

Belə ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, "siyasi mübarizə zamanı hakimiyyət tərəfindən yaradılan atmosfer bu gün Amerikanın üzləşdiyi şeylərə səbəb oldu".

"Aydındır ki, bunlar Kremlin tamamilə həqiqətə uyğun olmayan məsuliyyətsiz şərhləridir", - brifinq zamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Turan-ın sualını cavablandırarkən bildirib.

"İstənilən ölkədəki siyasi zorakılığı pislədiyimiz kimi, bu hücumu və istənilən siyasi zorakılığı qətiyyətlə və açıq şəkildə pisləyirik", - Miller deyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz