Dünya liderləri və Trampdan Baydenin prezidentlik yarışından geri çəkilmək qərarına REAKSİYA

Xəbərin çap versiyası
Tarix: 22-07-2024, 13:44


Dünya liderləri Co Baydenin seçkidən çəkilməsinə reaksiya verməkdə davam edir.

Civilazerbaijan.com
bildirir ki, ABŞ-ın şimal qonşusu Kanada Prezident Co Baydenin noyabr seçkilərindən geri çəkilməsinə ilk reaksiya verən ölkələr sırasında olub.

“Mən Prezident Baydeni illər boyu tanımışan,” Kanada baş naziri Castin Trudo bildirib. “O, böyük adamdır və onun gördüyü hər iş ölkəsinə sevgisi ilə istiqamətləndirilir.”

Kanada rəhbəri Baydeni kanadalıların “tərəfdaşı” və “həqiqi dostu” adlandırıb.

Almaniya kansleri Olaf Şolz Baydenin böyük nailiyyətlər əldə etdiyini bəyan edib.

“Onun sayəsində transatlantik əməkdaşlıq sıxdır, NATO güclüdür və ABŞ bizim üçün yaxşı və etirablı tərəfdaşdır,” Şolz bildirib.

Britaniyanın yenicə seçilmiş baş naziri Keir Stammer də ABŞ liderinə hörmətini ifadə edib.

O, Baydenin yerdə qalan hakimiyyəti dönəmində onunla birgə işləyəcəyini deyib və prezidentin verdiyi qərarların Amerika xalqının “ən yaxşı maraqlarına” əsaslandığını qeyd edib.

İsrail müdafiə naziri Yoav Qallant ölkəsinə göstərdiyi yardıma görə Baydenə minnətdar olduğunu bildirib.

“Sizin mətin dəstəyiniz, ələlxüsus müharibə zamanı, əvəzsiz dərəcədə dəyərli olub,” Qallant bildirib.

İspaniya baş naziri Pedro Sançez Baydenin qərarını “ləyaqətli” və “cəsur” adlandırıb.

ABŞ-ın rəqibləri Baydenin rekordunu tənqid edib və onu dünyada artan gərginliyin arxasında durmaqda ittiham ediblər.

“Bayden bütün dünyada və öz ölkəsində, ABŞ-da problemlər yaradıb. Seçilməyəcəyini gördüyü üçün seçkiləri gözləmədən istefa verir”, - Rusiya Dövlət Dumasının lideri, Vladimir Putinin müttəfiqi Vyaçeslav Volodin bazar günü jurnalistlərə bildirib.

“Bayden Ukraynada başlayan müharibəyə, Avropa ölkələrinin iqtisadiyyatlarının məhvinə, Rusiya və digər ölkələrə qarşı sanksiya siyasətinə görə məsuliyyət daşımalıdır”, - deyə Volodin bildirib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya üçün ən vacib şey Ukraynadakı müharibədə öz məqsədlərinə nail olmaqdır.

"Seçkilərə hələ dörd ay var və bu, çox şeyin dəyişə biləcəyi uzun müddətdir" dedi Peskov Shot News-a müsahibəsində. “Biz səbirli olmalıyıq və baş verənlərə diqqətlə baxmalıyıq. Bizim prioritetimiz xüsusi hərbi əməliyyatdır”, - deyə Peskov qeyd edib.

Donald Tramp "Truth Social" sosial media platformasında Prezident Co Baydenin yarışdan çəkilmək barədə açıqlamasına reaksiya verib.

Baydenin prezidentliyə “heç zaman” yaramadığını vurğulayan Respublikaçı namizəd onun bu vəzifəyə “yalanlar, Saxta Xəbərlər və Zirzəmisini tərk etməmək” yolu ilə qalxdığını yazıb.

“Onun ətrafında hamı, o cümlədən onun Həkimi və Media bilirdilər ki, o, prezidentliyə yaramır və yaramırdı,” deyə Tramp Baydeni milyonlara qeyri-qanuni mühaciri ölkəyə buraxmaqda ittiham edib.

Amerikaya qanunsuz mühacir axını Trampın seçki kampaniyasının əsas leytmotivlərindən biridir.

“Biz onun prezidenlitiyndən çox əziyyət çəkəcəyik, lakin biz onun vurduğu ziyanı çox cəld aradan qaldıracağıq,” Tramp yazıb.

Prezident Co Bayden bazar günü 2024-cü il Ağ Ev uğrunda yarışdan çıxaraq, seçkiyə cəmi dörd ay qalmış rəqibi Donald Trampla vəzifəyə uyğunluğu ilə bağlı suallar doğuran debatdan sonra yenidən seçilmək üçün namizədliyini dayandırdığını açıqlayıb.

Bayden X sosial media platformasında yazdığı şərhində noyabrda keçiriləcək prezidentlik yarışından geri çəkiləcəyini bildirib.

"Sizin prezidentiniz olaraq xidmət etmək həyatımın ən böyük şərəfi olub. Mənim məramım seçkilərdə yenidən iştirak etmək olsa da, inanıram ki, mənim patiyamın və vətənin maraqlarındadır ki, mən çəkilim və diqqətimi yalnız dönəmimin yerdə qalan müddətində prezident vəzifəsini yerinə yetirməyə cəmləşdirim," Bayden açıqlamasında bildirib.

Bunun ardınca Prezident Bayden Demokrat partiyasından prezidentliyə namizəd olaraq Vitse-Prezident Kamala Harrisi dəstəkləyəcəyini bildirib.

“Bu gün mən Kamalaya partiyamızın bu il namizədi olması üçün tam dəstəyimi və razılığımı verirəm,” Bayden X platformasına yazıb. “Demokratlar – bir araya gəlməyin və Trampı məğlub etməyin vaxtıdır. Gəlin bunu edək.”, Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz