Vətən övladları Qarabağda şəhid olur, işbazlar Bakıda kababxana açır

Xəbərin çap versiyası
Tarix: 29-09-2020, 13:56
Vətən övladları Qarabağda şəhid olur, işbazlar Bakıda kababxana açır


Ermənistanın 27 sentyabr tarixində Azərbaycana qarşı başladığı təxribatın qarşısının alınması məqsədilə ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir.

CivilAzerbaijan.com
bildirir ki, işğalçı ölkənin ordusunu qovan şanlı ordumuz hər gün torpaqlarımızı işğaldan azad edərək tariximizə qızıl səhifələr yazır. Bu müqəddəs savaşda hər gün qəhrəmanlıq göstərən zabit və əsgərlərimizdən əbədiyyətə qovuşanlar, müqəddəs şəhidlik zirvəsinə ucalanlar var.

Təəssüf ki, xalqımızın bu şərəfli tarixi yazdığı günlərdə öz cibini düşünənlər də az deyil.

Övladlarımızın şəhidlik zirvəsinə ucaldığı bu günlərdə dövlətin büdcəsindən maliyyələşən KOBİA səlahiyyətlərindən və maddi bazasından istifadə edərək paytaxtın Mərkəzində - Sahil bağında kababxana açır.

“Sahil bağı Bakıda yeganə idi ki, orada kabab iyi adamı boğmurdu. Buyurun, xalq şəhidlərini göz yaşlarına qərq ola-ola dəfn edən bu saatlarda bir qrup işbaz fürsətdən yararlanıb Səbail rayon və Bakı Şəhər İcra Hakimiyyətinin gözyumması ilə Sahil bağını kababxanaya çevirir.”

CivilAzerbaijan.com bildirir ki, bu sözləri yazıçı Səfər Alışarlı öz Facebook səhifəsində paylaşıb.

Vətən övladları Qarabağda şəhid olur, işbazlar Bakıda kababxana açır


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz