Dövlət Agentliyinin 837 min manatlıq tenderi: "Technofusion” MMC kimindir?
Tarix: 4-12-2020, 02:29
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi noyabrın 25-də məlumat bazası proqram təminatları lisenziyalarının və dəstək xidmətlərinin alınması ilə bağlı tender keçirib.
Tenderin qalibi "Technofusion” MMC olub. Tenderin məbləği 836983.44 manat olub.
Agentlik bu məbləğə 16 ədəd "Software Update License Support 1st year - 1 illik dəstək xidmətləri, 16 ədəd "Oracle Database Enterprise Edition - Processor Perpetual” məlumat bazasının proqram təminatı lisenziyaları alacaq.
2016-cı ilin noyabr ayında qeydiyyata alınan şirkətin sahibi Fuad Mailovdur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər