Bu yolda hərəkət 3 gün məhdudlaşdırılacaq
Tarix: 4-05-2017, 10:56
Daha bir yolda hərəkət məhdudlaşdırılacaq.
SİVİL.AZ xəbər verir ki, "Azəravtoyol" ASC-dən verilən məlumata görə, Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, may ayının 4-dən 5-nə keçən gecədən etibarən sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması 3 gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək. Avtonəqliyyat vasitələri üçün sözügedən yola giriş yol polisinin stasionar postuna düşən yolda yerləşən dairədən və Respublika Dövlət Yol Polisi idarəsinin binasının yerləşdiyi yoldan 4 yolun kəsişməsinə düşən küçədən tam olaraq bağlanacaq. Həmçinin, həmin kəsişmədən Bİləcəri qəsəbəsinin mərkəzinə getmək də mümkün olmayacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və qeyd olunan müddət ərzində alternativ yollardan istifadə etməkləri tövsiyyə olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər