Diqqət: Bu şirkətin məhsulları xərçəngə səbəb olur
Tarix: 5-05-2017, 17:28
"Johnson & Johnson" şirkəti məhsullarının xərçəng yaratdığını iddia edən qadına 110 milyon dollar ödəyə bilər.
SİVİL.AZ xəbər verir ki, Virciniyadan olan 62 yaşlı Luiz Slemp adlı qadın deyir ki, o 40 il ərzində Johnson & Johnson şirkətinin məhsullarından istifadə edib və yumurtalıq xərçənginə tutulub. Hal-hazırda isə xərçəng qaraciyərinə yayılıb və kimyaterapiya müalicəsi alır. Qadın bildirir ki, xərçəngin əsas səbəbi yuyucu tozun tərkibində olan talk tozudur.
Həkimlər məlumat verir ki, talk tozunun yumurtalıq xərçəginin yaranma ehtimalını artırdığı barədə iddialar var, amma bu məlumatın dəqiqliyi hələ qəti deyil.
Qeyd edək ki, məhkəmə prosesi davam edir və iddia öz təsdiqini tapsa, şirkət cəzalandırılacaq. ("Qaynar")
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər