Qadın xəstəlikləri üçün FAYDALI

Xəbərin çap versiyası
Tarix: 6-05-2017, 00:00
Qadın xəstəlikləri üçün


Ərküdə ağacı əxlaq, ismət, təmizlik və bəkarət rəmzi sayılır və hətta deyirlər ki, onun altında dincələn və ətrini alan cavanlaşır. Qiymətli və müqəddəs ağac sayıldığına görə din xadimləri ondan hazırlanan əsa götürərdilər.

SİVİL.AZ xəbər verir ki, yarpaq və meyvələri ət xörəklərinə, şorbalara, hisə verilmiş kolbasa və balıq konservlərinə ətriyyat kimi əlavə edilir.

Vətəni Aralıq dənizi sahilləri hesab edilən ərküdə yunanca namus mənası verir və 2500 il əvvəl müalicə məqsədilə istifadə olunmağa başlanılıb. Keçən əsrin 30-cu illərində Almaniyada bitki təbabəti ilə məşğul olan həkim Gerhard Madaus ərküdə meyvələrinin tərkibini öyrənərək onu bütün qadın xəstəlikləri üçün faydalı olduğunu söyləyib. Onun bəzən "qadın otu" adlandırılmasının da səbəbi elə bununla bağlıdır.

Ərküdə meyvəsi hipofiz vəzinin stimullaşdırılması ilə əlaqədar prolaktin hormonunun qandakı miqdarını aşağı salır və bunun nəticəsində qadın cinsi hormonlarının təbii şəkildə nizamlanmasına səbəb olur. Ərküdənin bu sahədəki faydasını iki həftə müddətində görmək mümkündür. Lakin üç aylıq müalicədən sonra ən gözəl nəticələr əldə edilir.

Bitkidən hazırlanan cövhəri səhər tezdən acqarına 40 damcı qəbul etmək lazımdır. Bəzi həkimlər gündə üç dəfə 15 damcı qəbul edilməsini məsləhət görürlər. Kapsul formasında yeməkdən əvvəl gündə üç dəfə 2 həb qəbul etmək olar. Maye formasında isə 1 stəkan suda 4 qram ərküdə tozu dəmlənilərək gündə üç dəfə içilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz