I və IV ixtisas qrupları üzrə 7 abituriyent 700 bal toplayıb

Xəbərin çap versiyası
Tarix: 8-05-2017, 20:00
I və IV ixtisas qrupları üzrə


Dövlət İmtahan Mərkəzi mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

SİVİL.AZ-ın məlumatına görə, nəticələrə əsasən imtahanda I ixtisas qrupu üzrə 5 abituriyent (İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi, Bakı şəhəri 220 saylı məktəb-lisey, Akademik Z.Əliyeva adına lisey, 162 saylı orta məktəb , Gəncə şəhəri 26 saylı Məktəb-Lisey Kompleksinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Bakı şəhəri 287 saylı 'Zəkalar' liseyinin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. (Trend)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz