Kitabsevərlər üçün yeni mərkəz açılıb

Xəbərin çap versiyası
Tarix: 11-05-2017, 00:07
Kitabsevərlər üçün yeni mərkəz açılıb


Bakıda möhtəşəm “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin açılışı olub. Mərkəzin açılışında Milli Məclisin deputatları, elm, ədəbiyyat, mədəniyyət xadimləri, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak edib.

SİVİL.AZ xəbər ki, əvvəlcə mərasim iştirakçıları Fəxri xiyabana gələrək, Ulu Öndərə ehtiramlarını bildirib, məzarı üzərinə əklil qoyublar.

Sonra mərasim iştirakçıları oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, büstü önünə tər gül dəstələri düzüblər.

Mərkəzin rəhbəri Sabir Həsənov bildirib ki, bu layihənin reallaşdırılmasında məqsəd kitaba dönmək, onu əvvəlki şöhrətinə qaytarmaqdır.

Layihənin müəllifi çıxışında onu da qeyd edib ki, bu mərkəz vaxtilə fəaliyyət göstərən “Azərkitab”ın mənəvi varisidir və bu gündən sözügedən mərkəzin qapıları hər kəsin üzünə açıqdır: “Bilirsiniz ki, mənim həyatım kitabla bağlı olub. Sovet dönəmində “Azərkitab” adlı bir qurum fəaliyyət göstərirdi. Sovetlər birliyinin dağılması ilə “Azərkitab”ın fəaliyyətinə son qoyuldu. O gündən belə bir mərkəzin açılışını etmək ürəyimdə arzu olaraq yaşayırdı. Nəhayət ki, bunu həyata keçirmək mənə nəsib oldu”.

Tədbirdə akademik İsa Həbibbəyli, Mətbuat Şurasının rəhbəri, Milli Məclisin deputatı Əflatun Amaşov, Xalq Yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, KTM-nin icraçı direktoru Misirxan Həsənov və digər çıxış edənlər bildiriblər ki, bu mərkəzin açılması mədəni, eyni zamanda, elmi və ictimai siyasi hadisədir.

Mədəni inkişafın kitabdan asılı olduğunu söyləyən natiqlər 20 illik fasilədən sonra “Azərkitab” mərkəzinin yenidən fəaliyyətə başlamasını çox əlamət hadisə hesab ediblər.

Sonda mərasim iştirakçıları mərkəzlə tanış olublar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz