Sabaha olan hava PROQNOZU

Xəbərin çap versiyası
Tarix: 11-05-2017, 13:21
Sabaha olan hava


Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən SİVİL.AZ-a verilən məlumata görə, mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 12-15° isti, gündüz 18-21° isti, Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında mayın 11-dən 12-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı enəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 11-i gündüzdən 13-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz