Bürclər - 13 MAY

Xəbərin çap versiyası
Tarix: 13-05-2017, 02:36
Bürclər -


SİVİL.AZ 13 may tarxi üçün ulduz falını təqdim edir:

Qoç - Ünsiyyətdəki dolaşıqlıq təkcə mənəvi rahatlığınız üçün yox, həm də fiziki sağlamlığınız üçün təhlükəlidir. İnfeksion xəstəliklər ehtimalı çox yüksəkdir. İnsanların çox olduğu yerlərə getmək, şübhəli ictimai iaşə müəssisələrində zərif yeməklərdən dadmaq məsləhət deyil.

Buğa - Problemlər az deyil. İş də artır. Digər məsələlərdə günü əlverişli hesab etmək olar. Qohumlarla münasibətlərdə hər şey qaydasında olacaq.

Əkizlər - Əgər öhdəliklərə müqavimət göstərsəniz və axına qarşı üzsəniz, gününüz maraqlı keçəcək. Bütün vaxtınızı evdə keçirməyə dəyməz. Maraqlı tanışlıqlar ehtimalı yüksəkdir. Bu tanışlıqlar ani də olsa, xoş emosiyalar bəxş edəcək.

Xərçəng - Gün alış-veriş üçün əlverişlidir. Az pul xərcləməklə çox gözəl şeylər ala bilərsiniz. Buna görə həm bəxtinizə, həm də öz intuisiya və zövqünüzə minnətdar olmalısınız. Münaqişələr ehtimalı çox azdır.

Şir - Qətiyyətli, amma soyuqqanlı olun. Müstəqillik, sərbəstlik və tənhalığa üstünlük verənlər də bu gün başa düşəcəklər ki, hədəfə çatmaq üçün dost, həmfikir və tərəf müqabili lazımdır.

Qız - Xoşagəlməz adamlar həyatınıza müdaxilə etməyə çalışacaqlar. Özünüzü və yaxınlarınızı onların təsirindən qorumaq çox çətin olacaq. Tanışlıqlar üçün əlverişsiz gündür. Xoş təəssürat yaratmaq da, taleyin sizi birləşdirdiyi insanı dəyərləndirmək də çətin olacaq.

Tərəzi - Ehtiyatlılıq və tələbkarlıq tələb edən gündür. Hədəfə çatmaq üçün bütün vasitələr yaxşı deyil. Həm hiyləgərlik etmək, həm də başqalarının hiylələrini ifşa etmək məqbul deyil. İntriqalar sizin üsulunuz deyil. Lakin bütün yorğunluqlara rəğmən qızğın işləmək lazımi nəticəni əldə etməyə imkan verəcək.

Əqrəb - İnsanlarda, o cümlədən, əvvəllər hansısa səbəblərdən sizi bəyənməyənlərlə çox xoş təəssürat yaradacaqsınız. Bundan ətrafdakılarla münasibətlərdə yararlanın.

Oxatan - Bu gün sizdə xoş təəssürat yaradan çoxlu hadisə baş verəcək. Lakin bir şeyə diqqətdə saxlamaq lazımdır: bu, ilk mərhələdir və ən maraqlı şeylər sonra başlayacaq. Yəni, əgər sizə qızıldan dağ və ya istənilən başlanğıcda dəstək söz verirlərsə, bunların hər ikisini alacağınıza ciddi şəkildə bel bağlamaq məsləhət görülmür.

Oğlaq - Bu günkü əməklərinizin hədər olacağı ehtimalı çox böyükdür. Romantik münasibətlərə başlamaq üçün münasib gündür.

Dolça - Gün həyat potensialının aşağı olması ilə fərqlənəcəyindən bir nəfərin enerjisi səddləri aşmaq üçün kifayət etməyəcək. Əgər yaxınlığınızda potensial köməkçi görmürsünüzsə, işlərinizi təxirə salın.

Balıqlar - Ağılabatan fiziki yük faydalıdır. Gün idmanla məşğul olmaq, gəzinti və səfərlər üçün əlverişlidir. Təmiz havada nə qədər çox vaxt keçirsəniz, əhvalınız da bir o qədər yaxşı olacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz