İslamiadanın açılış mərasimindəki qızcığaz - MİNA KİMDİR?

Xəbərin çap versiyası
Tarix: 13-05-2017, 12:03
İslamiadanın açılış mərasimindəki qızcığaz -


Ötən gün Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi olub.

SİVİL.AZ xəbər verir ki, möhtəşəm gecədə - açılış mərasimində yadda qalan əsas məqamlardan biri də Mina və onun babasının obrazı olub.

Baba obrazını Xalq artisti Nurəddin Mehdixanlı canlandırıb. Minanın səhnədə canlandırdığı obraz sosial şəbəkələrdə onun kim olması barədə böyük marağa səbəb olub.

Açılış mərasiminin əsas qəhrəman Minanın əsl adı Eleonora Yusifovadır. Onun 13 yaşı var. Eleonora 6 yaş yarımından etibarən bədii gimnastika idman növü ilə məşğul olur.

Daha bir bacısı olan Eleonora Gimnastika Məktəbinin 6-cı sinif şagirdidir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz