Azərbaycanın 29 şəhər və rayonunda XI sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

Xəbərin çap versiyası
Tarix: 15-05-2017, 17:05
Azərbaycanın 29 şəhər və rayonunda XI sinif şagirdləri üçün


Dövlət İmtahan Mərkəzi (DİM) mayın 16-da respublikanın 29 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.

SİVİL.AZ xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahan Naxçıvan, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, İsmayıllı, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmazda təşkil olunacaq.

Qeyd olunan regionlarda keçiriləcək monitorinq imtahanlarında 117 məktəb üzrə 3438 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00 da başlanacaq. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.
Xatırladaq ki, monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində 23 may tarixində keçiriləcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz