Jurnalistlər üçün təlim: Uşaq müdafiəsi və media

Xəbərin çap versiyası
Tarix: 16-05-2017, 00:00
Jurnalistlər üçün təlim:


Mayın 26-da “SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası” İctimai Birliyi (İB) uşaq müdafiəsi və media vasitəsilə bu mövzunun işıqlandırılması ilə bağlı jurnalistlər üçün birgünlük təlim keçirəcək.

SİVİL.AZ xəbər verir ki, təlimi İB-nin mütəxəssisi Cavid İmamoğlu və layihə əlaqələndiricisi Sara Ağayeva keçəcəklər. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçiriləcək təlimə qatılan media nümayəndələri uşaq müdafiəsi sahəsində mövcud qaydalar, yanaşmalar, alternativ xidmətlər, jurnalistlərin bu xəbərlərin işıqlandırılmasında bilməli olduqları etik kodekslər barədə məlumatlandırılacaqlar.

Təlimdə iştirak edəcək hər bir iştirakçıya İB tərəfindən sertifikat təqdim olunacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz