"Mixaylo"nun öz xətti ilə yazdığı şeiri üzə çıxıb
Tarix: 17-05-2017, 14:09
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev “Mixaylo” ləqəbi ilə məşhur olan partisan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin öz xətti ilə yazdığı şeirini paylaşıb.
SİVİL.AZ 1944-cü ildə yazıldığı bildirilən şeiri təqdim edir:
Nə olur bir sarı yapraq olaydım
Sabahın yelləri alaydı məni
Aşıb bəyaz qarlı hündür dağları
Vətən torpağına salaydı məni
Sabahın yelləri alaydı məni.
Əzizim ellər ayrısı,
Bülbüləm güllər ayrısı,
Bir gününə dözməzdim, yar
Olmuşam illər ayrısı.
4.04.1944
“Pola”, İtaliya. (Qaynarinfo)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər