Müəllimləri müsabiqədənkənar işə qəbul etmək hüququ olan məktəblərin adları açıqlanıb- SİYAHI

Xəbərin çap versiyası
Tarix: 18-05-2017, 18:25
Müəllimləri müsabiqədənkənar işə qəbul etmək hüququ olan məktəblərin adları açıqlanıb-


2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı açıqlanıb.

SİVİL.AZ-ın məlumatına görə, Təhsil Nazirliyindən bildirilib ki, siyahıda 10 təhsil müəssisəsi yer alıb. Buraya Bülbül adına orta ixtisas musiqi məktəbi, Bakı Avropa Liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, akademik Zərifə Əliyeva adına orta ümumtəhsil Məktəbi, 132-134 nömrəli Təhsil Kompleksi, Fizika-riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi, Kimya-biologiya Təmayüllü Respublika Lisey, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası və T.Həsənov adına 23 nömrəli tam orta məktəb daxildir. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz