Aşıqların geyimi dəyişir - yeni model hazırlanıb - VİDEO
Tarix: 19-05-2017, 09:00
Aşıqların geyimi dəyişir, artıq uzun çəkmə və uzun papaqlar olmayacaq.
SİVİL.AZ Xezerxeber.az-a istinadla xəbər verir ki, Aşıqlar Birliyi yeni, daha milli və müasir geyim modelini hazırlayıb. Yaxalı düyməli, boynu örtülü və bədənə kip oturan köynək geyim tərzinin əsas atributudur.
Qadınlar üçün də iki rəngdə yeni model hazırlanıb.
Aşıqlar Birliyinin sədri Məhərrəm Qasimov deyir ki, yeni geyimdə sazı ifa etmək daha rahat olacaq.
Mədəniyyət və Turizm Nazirliyi bu modelləri təsdiqləyərsə, aşıqlar artıq bu geyimləri geyəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər