Bürclər - 20 MAY
Tarix: 20-05-2017, 00:14
SİVİL.AZ 20 may tarixi üçün ulduz falını təqdim edir:
Qoç - gününüz pis keçməsə də, narahatlığa da vadar edəcək. Çətin adamlarla qarşılaşmalı olacaqsınız. Onların davranışlarını qabaqcadan müəyyənləşdirmək mümkün deyil, iradları isə dəqiq olsa da, xoşagələn deyil.
Buğa - taleyinizdən şikayətlənməyin. Bu gün bir neçə vacib dərs alacaqsınız. Buna görə sonradan minnətdar olacaqsınız.
Əkizlər - maliyyə məsələsi çox mühüm əhəmiyyət daşıyacaq. Qənaətcil olun, spontan bazarlıqlardan imtina edin. Borc vermək olmaz. Kredit götürmək də məsləhət deyil. Sevgi məsələlərində bəxtiniz gətirəcək. Nəhayət ki, ulduzlar sizi çoxdan gözlədiyiniz görüşlə sevindirmək qərarına gəliblər.
Xərçəng - gün asan keçməyəcək. Həyat potensialı aşağıdır, üstəlik, vaxtınızın böyük hissəsini ayaq üstdə keçirməli, bir çox məsələlərə cavab axtarmalı olacaqsınız. Ətrafdakılarla yola getmək çətindir.
Şir - bütün məsələ həddindən artıq yükdədir. Sizə sakit, hətta darıxdırıcı və gərgin hisslərdən uzaq istirahət lazımdır. Paraşütdən tullanmaqdan imtina edin, əl işləri ilə məşğul olun, kitab oxuyun və ya yaxşı bir filmə baxın. Ən azı, sevdiyiniz şəxslə gələcək planları müzakirə edin.
Qız - müsbət tendensiyalar hələ də özünü göstərir. Bundan bazar ertəsi başladığınız işləri yekunlaşdırmaq üçün yararlanın. Bürcün bəzi nümayəndələrinə yeni müttəfiqlər tapa biləcəklər. Lakin tapdığınız adamlar lazım olduğu qədər bacarıqlı və diribaş olmayacaqlar. Ona görə də vacib işləri təkbaşına görməli olacaqsınız.
Tərəzi - yaxınlarınızla münasibətlərdə müəyyən gərginlik hökm sürəcək. Bu gərginliyin səbəbini tapmağa çalışın. Ola bilsin ki, məsələ adi anlaşılmazlıqla bağlıdır. Bunu xroniki forma almadan tezliklə aydınlaşdırmaq lazımdır.
Əqrəb - gün yaxşı keçəcək. Günə çətin, amma maraqlı işdən başlamaq olar. Birdən-birə bir neçə mülk məsələsinin qənaətbəxş həlli, əvvəllər bağladığınız sövdələşmələrdən gəlir əldə etməyiniz mümkündür.
Oxatan - yaradıcılıq potensialı bir qədər aşağı olsa da, bu, qarşıya qoyulmuş məqsədlərə çatmağa mane olmayacaq. Bu gün yorulmazsınız. Əgər günün böyük hissəsini işdə keçirsəniz belə, axşam əylənməyə də gücünüz qalacaq.
Oğlaq - çətin gündür. Ətrafdakılarla ciddi fikir ayrılıqları yaranacaq. Üstəlik, dünənədək ağzını açan kimi başa düşdüyünüz adamla dil tapa bilməyəcəksiniz. Rəhbərliklə münaqişələr mümkündür, bəzi Dolçalar iş yerini dəyişmək barədə düşünəcəklər. Uğursuz bazarlıqlar, əbəs xərclər ehtimalı var.
Dolça - günün müsbət tərəfi odur ki, nəhayət, diqqətinizi ailə və şəxsi işlərə yönəldə, yaxınlarınzla əlaqələri qaydaya sala və nəyin nə yerdə olduğunu aydınlaşdıra biləcəksiniz. Romantik davamı olacaq gözlənilməz görüş istisna olunmur.
Balıqlar - kifayət qədər çətin gün olsa da, ümidsiz deyil. Bütün problemləri təkbaşına həll etməyə çalışmayın. Sizə yardım etməyə hazır olan adamı tapa bilərsiniz. Həmişə açıq-açığına hərəkət etmək lazım deyil, hərdən hiyləyə də əl atılmalıdır. Maddi çətinliklər mümkündür. Lakin onlar müvəqqəti xarakter daşıyacaq.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər