Bu gün metro gecə saat 2-yə qədər işləyəcək

Xəbərin çap versiyası
Tarix: 22-05-2017, 14:07
Bu gün metro gecə saat 2-yə qədər işləyəcək


IV İslam Oyunlarının bağlanış mərasimi ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də xüsusi hazırlıq tədbirləri görülüb.

SİVİL.AZ-ın məlumatına görə, bunu qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, açılış mərasimində olduğu kimi bu gün də Bakı metrosu saat 2-ə kimi işləyəcək: "Açılışda ehtiyac olduğu üçün 02:40-a qədər işlədik. Əgər bu gün də ehtiyac olacaqsa, saat artırıla bilər".

Qeyd edək ki, bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları yekunlaşır. Saat 20:00-da Bakı Olimpiya Stadionunda Oyunların rəsmi bağlanış mərasimi baş tutacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz