Xəzərdən su içəcəyik- Rəsmi açıqlama
Tarix: 23-05-2017, 23:39
Azərbaycanda gələcəkdə Xəzərin suyunun şirinləşdirilməsi nəticəsində sutkada 7 min kub içməli su istehsal ediləcək.
SİVİL.AZ xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib. Nazir qeyd edib ki, hazırda nazirlik dəniz suyunun şirinləşdirilməsini həyata keçirir:
"Nəticədə sutkada 7 min kub içməli su istehsal ediləcək. Xəzərdə ən müasir şirinləşdirmə müəssisəsi Salyan ərazisindədir. Bu dəqiqə orada içməli su kimi istifadəyə icazə yoxdur deyə ancaq zeytun ağacları suvarırıq”. (Movqe.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər