Jurnalistlərə ev verilməsində "texniki işçilər" anlayışına aydınlıq gətirildi

Xəbərin çap versiyası
Tarix: 25-05-2017, 14:17
Jurnalistlərə ev verilməsində "texniki işçilər" anlayışına aydınlıq gətirildi


Jurnalistlərə ev verilməsində "texniki işçilər" anlayışına aydınlıq gətirilib.

SİVİL.AZ-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, texniki işçilər dedikdə, yaradıcılıq prosesində iştirak etməyən, KİV-lərdə çalışan katibə, kargüzar, sürücü, xadimələr və sair nəzərdə tutulur:

"Yəni bütün KİV-lərdə sözügedən vəzifələri tutan şəxslər jurnalistlər üçün inşa edilmiş binadan ev almağa namizəd ola bilməzlər. Digər işçilər, o cümlədən KİV-lərdə texniki yaradıcılıq prosesində iştirak edən əməkdaşların namizədlikləri də qoyulan şərtlərə uyğun olaraq işlədikləri qurumlar tərəfindən irəli sürülə bilər". (Movqe.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz