ARB TV-nin efirində növbəti qalmaqal - VİDEO
Tarix: 27-05-2017, 16:07
ARB TV-də yayımlanan “Yarımada” verilişinin növbəti buraxılışında qalmaqal yaşanıb.
SİVİL.AZ xəbər verir ki, şounun iştirakçılarının yaşadığı məkana daxil olmaq istəyən şəxs mühafizə xidmətinin əməkdaşı tərəfindən saxlanılıb və onlar arasında mübahisə düşüb.
Daha sonra “Yarımada”ya daxil olmaq istəyən şəxsin Səlvinaz adlı iştirakçının həyat yoldaşı olduğu məlum olub.
Verilişin qaydalarına görə, Səlvinaza birgünlük “Yarımada”da yaşamağa icazə verilib. Lakin həyat yoldaşı onun orada qalmasını istəməyib.
Sonda Səlvinaz əri ilə birlikdə “Yarımada”nı tərk edib.
Xatırladaq ki, proqramın keçmiş buraxılışı iştirakçının aparıcıya hücumu ilə yadda qalmışdı. (Oxu.Az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər