Ağ tutun sağlamlıq üçün 7 FAYDASI

Xəbərin çap versiyası
Tarix: 31-05-2017, 00:07
Ağ tutun sağlamlıq üçün


Ağ tut faydalı diyetik məhsuldur.


SİVİL.AZ bildirir ki, müxtəlif vitaminlər, minerallar, bioloji aktiv maddələr, pektinlər, təbii şəkərlərlə zəngin olan ağ tut bir çox xəstəliklər zamanı olduqca faydalıdır.

1. Ürək-damar sistemi xəstəlikləri zamanı və bu xəstəliklərin profilaktikası üçün ağ tut yeyin. Ağ tut ürək əzələsini və damarları möhkəmləndirir, aterosklerozun inkişafının riskini azaldır.

2. Ağ tut nəfəsalma sistemində iltihabları azaldır, bəlgəmgətirici təsirə malikdir.

3. Sidikqovucu təsirə malik olan ağ tut təzyiqi tənzimləməyə, ödemləri azaltmağa kömək edir.

4. Əqli fəaliyyət ilə məşğul olan insanlar mütləq ağ tut yeməlidir. Fosfor və qlükoza ilə zəngin olan bu giləmeyvə beyinin fəaliyyətini yaxşılaşdırır.

5. Ağ tut sinir sisteminə müsbət təsir edir, stressi azaldır, əhvalı yaxşılaşdırır.

6. Kalsium və fosforla zəngin olan ağ tut sümüklərin sağlamlığı üçün faydalı sayılır.

7.
Ağ tut qaraciyər üçün çox faydalıdır. (Saglamolun.Az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz