Bürclər - 31 MAY

Xəbərin çap versiyası
Tarix: 31-05-2017, 00:13
Bürclər -


SİVİL.AZ 31 may tarixi üçün ulduz falını təqdim edir:

Qoç - bu gün ağlınıza gələn planların bir çoxunu reallaşdırmaq mümkün olmayacaq. Bunda siz günahkar deyilsiniz, sadəcə, şərait belə gətirib. Amma ətrafınızdakılar bunu başa düşmək istəmir və bütün günahları sizdə görürlər. Təbii ki, belə bir şəraitdə xoş ünsiyyətdən söhbət gedə bilməz.

Buğa - ən yaxın adamınızın dəstəyi isə sizi sevindirəcək. Düzdür, o sizinlə tam razı deyil, amma sizin tərəfinizdə olduğunu hər cür sübut etməyə çalışacaq. Bir çox Buğalar bu gün həyatlarında bəzi şeyləri kökündən dəyişmək qərarına gələcəklər, amma yaxşı olar ki, bu işdə tələsməyəsiniz, çox dəyərli bir şeyi itirə bilərsiniz.

Əkizlər - gün müsbət notlarla başlayır. Nikbinlik və özünəinam getdikcə artır. Elə görünür ki, uğur lap yaxındadır, bu, həqiqətən belədir, lap "əlini uzat, götür".

Xərçəng - yatırımlar etmək, alış-verişə çıxmaq məsləhətlidir. Sərfəli sövdələşmələr mümkündür. Ağılla hisslərin uyğunlaşması həyatı asanlaşdırır.

Şir - uğura mane olan bircə şey var: şəxsi və işgüzar baxımdan əlaqəsi olan insanların arasında ciddi fikir ayrılıqları yaşanır. Hər kəs özünün haqlı olmasına o qədər əmindir ki, opponentə qulaq asmaq heç kimin ağlına belə gəlmir. Bununla əlaqədər olaraq bəzi məsələlər həll olunmamış qalır.

Qız - yeni layihələrə başlamaq üçün pis gün deyil, nə qədər tez qollarınızı çırmayıb fəaliyyətə keçsəniz, bir o qədər yaxşıdır. Əvvəlcə qurduğunuz planları rellaşdırmaqdansa improvizasiya etmək sizdə bu gün daha yaxşı alınır.

Tərəzi - rəhbərliklə fikir ayrılıqları mümkündür, amma yenə də ümumi rəyə gələ biləcəksiniz. Üstəlik, sizin haqlı olduğunuzu hamı etiraf edəcək.

Əqrəb - səfərlərdə çox diqqətli olun. Təyyarə və gəmi ilə səyahətlər məsləhət deyil. Emosional fon sabit deyil, siz həddən artıq şıltaqlıq etsəniz də, bu durum cazibədarlığınıza zərrə qədər təsir etmir. Sevdiyiniz axşam sizi xoş sürprizlə sevindirə bilər.

Oxatan - müsbət tendensiyalar hələ bir müddət sizin həyatınızı bəzəyəcək. Günün birinci yarısı çox xoş keçəcək. Bu dövrdə işdə əla nailiyətləriniz gözlənilir: sizdən tələb olunan azacıq cəhd göstərmək, ya da heç olmasa qızğın fəaliyyət göstərdiyiniz təsiri yaratmaqdır.

Oğlaq - xırda anlaşılmazlıqlar mümkündür, düzgün olmayan qərarlar verə bilərsiniz. Öz imkanlarınızı heç də həmişə düzgün qiymətləndirmirsiniz. Məsləhətlərə isə qulaq vermək niyyətiniz yoxdur.

Dolça - xoşagəlməz məqamlar mümkündür. O qədər də güclü olmasalar da, məhz onların ucbatından axşama doğru həll olunmamış problemləriniz üst-üstə qalaqlanacaq. Konstruktiv olmaq bir qədər çətindir.

Balıqlar - xırdaca bir problem yaranan kimi panikaya qapılır, kədərlənəir, ümidinizi itirirsiniz - bir sözlə, ağlınıza gələn bütün lazımsız şeyləri edir, amma vəziyyətdən necə çıxmaq barədə fikirləşmirsiniz.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz