Bürclər - 5 İYUN
Tarix: 5-06-2017, 00:11
SİVİL.AZ 5 iyun tarixi üçün ulduz falını təqdim edir:
Qoç - pis əhval-ruhiyyə daha çox enerjinizin azalması ilə izah oluna bilər, odur ki, vitamin, təzə şirələr, fiziki təmrinlərlə gümrah olmağa çalışın.
Buğa - günün birinci yarısı sizin düşməniniz öz bədbinliyiniz olacaq. Tez-tez özünüzə hər şeyin yaxşı olacağını deyin, o zaman, doğrudan da, belə olacaq.
Əkizlər - maliyyə vəziyyətiniz pisləşə bilər. Qəflətən böyük bir məbləği itirməli olacaqsınız. Səfərlər üçün münasib gün deyil, bunlar sizi yoracaq. Soyuqdan özünüzü gözləyin.
Xərçəng - ciddi problemlər yaranacaq və çox güman ki, onların səbəbkarı yaxınlarınızdan birinin hərəkəti olacaq. Mənfi emosiyaların öhdəsindən gəlmək elə də asan deyil, ancaq heç olmazsa, buna çalışın. Faktiki olaraq, əsl münaqişənin yaranıb-yaranmaması yalnız sizdən asılıdır.
Şir - yalnız çoxdan tanıdıqlarınız şəxslərlə ünsiyyət məsləhət görülür. Çünki yalnız bu halda qarşılıqlı anlaşmadan danışmaq olar. İnsanların çox olduqları yerlərə getmək məsləhət deyil, xoşagəlməz insidentlər yaşaya bilərsiniz.
Qız - məişət işləri ilə məşğul ola bilərsiniz, ailə üzvləriniz sizi işləməkdən üzülməyə qoymayacaq, köməyinizə gələrək qayğılarınızın bir hissəsini öz üzərlərinə götürəcəklər.
Tərəzi - illüziyalara qapılmayın, hərdəmxəyal insanlardan uzaq durun. Enerjiniz bir qədər azalıb, istirahətə ehtiyacınız var. Yatıb yuxunuzu almağa, özünüzü fiziki və əqli gücə salmamağa çalışın.
Əqrəb - dostlarınız və düşmənləriniz barədə artıq aydın təsəvvürləriniz var. Bir çox Əqrəblər son vaxtlar onların irəliyə doğru hərəkətini çətinləşdirən əlaqələri qıra biləcəklər.
Oxatan - vacib və lazımsız məsələləri bir-birindən ayırmaq sizin üçün asandır, intuisiyanıza güvənirsiniz, bu isə qarşınıza qoyduğunuz məqsədə çatmaqda işinizi asanlaşdırır.
Oğlaq - maraqlı və məhsuldar gündür və siz də bundan səmərəli istifadə edəcəksiniz. Qəti sıçrayış etmək, həyatda vacib dəyişikliklərə başlamaq üçün uğurlu an gəlib çatıb.
Dolça - romantik əhval-ruhiyyə yüksələcək. Sevgililərin ünsiyyəti üçün ideal vaxtdır. Bu vaxt şəxsi münasibətlərdə təşəbbüsü ələ almaq, hissləri etiraf etmək məsləhət görülür. Səmimilik həyatı tam müsbətə doğru dəyişməyə səbəb olacaq.
Balıqlar - gün əla başlanır və daha da yaxşı məcrada davam edir. Əvvəllər heç kimin güman etmədiyi hadisələr baş verir, bu səbəbdən məqsədə çatmaq üçün münasib şəraitdən maksimum yararlanmaq lazımdır. Maraqlı görüşlər gözlənilir, xüsusilə də günün birinci yarısında.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər