Yumurtanı soyuducunun qapısında SAXLAMAYIN!

Xəbərin çap versiyası
Tarix: 6-06-2017, 00:46
Yumurtanı soyuducunun qapısında


Qadınların əksəriyyəti yumurtanı soyuducunun qapısında bunun üçün nəzərdə tutulmuş hissədə saxlayır. Lakin mütəxəssislərin fikrinə görə, bu yer yumurta saxlamaq üçün ən pis yerdir.

SİVİL.AZ xəbər verir ki, İngiltərə alimləri bununla bağlı xüsusi araşdırma aparıblar.

Soyuducunun qapısı ən isti yerdir. Bundan əlavə qapı tez-tez açılır ki, bu zaman temperatur da tez-tez dəyişilir. Bütün bunlar yumurtanın daha tez xarab olmasına səbəb olur.

Bundan əlavə soyuducunun qapısının açılması zamanı yumurta daim silkələnir ki, bu da onun keyfiyyətinə və dadına mənfi təsir edir.
Mütəxəssislər yumurtanı soyuducunun orta rəfində, kəskin iyi olan məhsullardan uzaqda saxlamağı tövsiyə edirlər. (saglamolun.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz