294 kiloluq qadın 88 kiloya düşdü. NECƏ? - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 7-06-2017, 12:29
294 kiloluq qadın 88 kiloya düşdü. NECƏ? -


ABŞ-ın Arkanzas ştatında yaşayan 32 yaşlı Nikki Vester bir neçə il öncə 294 kiloqram çəki ilə demək olar ki, hərəkət edə bilmirdi.

SİVİL.AZ xəbər verir ki, həyatı məhv olan qadın haqqında 2015-ci ildə Amerikanın məşhur televiziya kanallarının biri sənədli film çəkib. Arıqlamağa qərar verən Nikki dünya mediasını şoka salacaq nəticələr ilə yenidən televiziyaya çıxır.

Yeməkdən asılılığına qalib gələn Nikki sənədli filmin çəkilişləri zamanı Arkanzasdan Texasa aparılıb. Burada "gastrik bypass" əməliyyatı keçirib. Onun bel nahiyyəsindən 25 kiloqram ağırlığında piy qatı götürülüb. Əməliyyatdan bir il sonra 93 kilo arıqlayan Nikki xüsusi təlim çərçivəsində müntəzəm olaraq idmana başlayıb.

Nikki iki il sonra inanılmaz bir şəkildə 206 kiloqram arıqlayıb. Həyatı tamamilə dəyişən qadının son vəziyyəti görənləri heyrətə salıb. Nikki uzun illərdən sonra ilk dəfə şalvar alıb. O, artıq özünə sevgili də tapıb. 294 kiloqram çəkidən 88 kiloqrama düşən Nikki sosial şəbəkədə paylaşdığı fotolarla özü kimi artıq çəkidən əziyyət çəkən insanlara dəstək olduğunu deyib. (Enter.News)

294 kiloluq qadın 88 kiloya düşdü. NECƏ? -
294 kiloluq qadın 88 kiloya düşdü. NECƏ? -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz