Ayaq tərləmələrindən belə can qurtarın

Xəbərin çap versiyası
Tarix: 10-06-2017, 01:09
Ayaq tərləmələrindən belə can qurtarın


Ayaq tərləməsi həm bioloji, həm də psixoloji mənada insana problemlər yaradır. Bu problemlə qarşılaşanlar ayaqda qoxu və göbələk əmələ gəlməsinin qarşısını almaq üçün hər gün corabını dəyişməli, eyni ayaqqabını iki gündən artıq geyinməməlidir. Geyinməyə başqa ayaqqabınız yoxdursa, ayaqqabının içi bir gecə əvvəldən yaxşıca silinməlidir.

Ayaqda tər vəziləri həddindən artıq tər ifraz edirsə və qoxuya səbəb olursa, bəzi tədbirlərlə bu problemin aradan qaldırılması mümkündür. Əks halda, tərləmə nəticəsində barmaq aralarında dəri problemləri, göbələk və buna bənzər hallar yaranır.

SİVİL.AZ bildirir ki, ayaq tərləməsinin qarşısını almağın sadə üsulları var.

İontoforez müalicəsi: Ayaqlara verilən elektrik cərəyanı tər vəzlərinin çalışmasını bir müddət dayandıra bilər. Bu üsul, dəri yanıqlarının da əmələ gəlməsinə səbəb olur.

Adaçayı müalicəsi: Bir qazan suya bir ovuc adaçayı töküb qaynadın. Su ilıqlanandan sonra ayaqlarınızı yuyun.

Sirkə və ağac qabığı müalicəsi: Qurudulmuş yaşıl qoz ağacının qabığını və ya söyüd yarpağını suda qaynadın. İçinə bir az sirkə töküb, ilıqlanana qədər gözləyin və sonra ayaqlarınızı yuyun.
Palıd qabığı müalicəsi: 4 stəkan suyun içinə 1 ovuc xırdalanmış palıd qabığı əlavə edin və 15-20 dəqiqə qaynadın. İlıq qarışıqda ayaqlarınızı 15 dəqiqə saxlayın.

Ayaq tərləməsinin uzunmüddətli həlli


Lomber blok: Tomoqrafiya və ultrasəslə sinirlərə dərman tətbiq olunur. Bu metodda tər vəzilərini blok etmək məqsədi güdülür. Müvəffəqiyyət faizinin yüksək olduğu deyilə bilməz.

Lomber sempatektomi əməliyyatı: Ayaqlarda tərləməyə təkan verən sinirlərin yer aldığı bölgə açılaraq klips yerləşdirilir. 90 faiz müvəffəqiyyət əldə edilsə də, bu üsuldan sonra bədəndə iz qalma ehtimalı var.

Professor Mehmet Özün ayaq tərləməsi ilə bağlı təklifləri


Böyük ləyəni isti su ilə doldurun, suyun içinə də 4-5 paket çay atın və suyun soyumasını gözləyin. Ayaqları bu suyun içində bir müddət saxlayın. Çayın tərkibində olan tanin maddəsi ayaqlarda olan bakteriyaları öldürərək ayaq tərləməsinin və pis qoxunun qarşısını alır, məsamələri kiçildərək tər vəzilərinin daha az işləməsinə nail olur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz