Sabahın HAVA PROQNOZU
Tarix: 11-06-2017, 12:26
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
SİVİL.AZ bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 18-21° isti, gündüz 25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 760 civə sütununadək yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, iyunun 12-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər