Şaftalının FAYDALARI

Xəbərin çap versiyası
Tarix: 12-06-2017, 23:00
Şaftalının


Yay meyvələrinin ən sərinləşdirici və şirin olanlarından şaftalının faydaları saymaqla bitmir.

SİVİL.AZ bildirir ki, şaftalının mənşəyi Çinə gedib çıxır. Çindən Anadoluya, buradan da Avropaya yayılmışdır. Tüklü, sulu və yumşaq şaftalılar yetkinləşmiş və ləzzətli olur. Tüklü bir meyvə olduğu üçün bəzi insanlarda allergik reaksiyalara yol aça bilir və yemədən əvvəl şaftalını çox yaxşı yumaq lazımdır. Şaftalının tüklərindən narahat olanlar üçün tüksüz növü də var. Şaftalını soymadan yemək faydalıdır, çünki meyvənin ən faydalı hissəsi qabığa yaxın bir seqmentdə yerləşir.

Şaftalının faydaları nələrdir?

Həzmə son dərəcə faydalı, bədəndəki zərərli maddələri və toksinləri atmağa köməkçidir;

Sinir sistemini nizamlayırr, gərginliyi azaldır;

A, B və C vitaminlərini özündə saxlayan bir vitamin və kalium qaynağıdır;

Böyrək daşı əritmək və böyrək daşı salmağa köməkçidir;

Ürək xəstəliklərinə və ürək böhranına qarşı qoruyucudur;

Cem, marmelad və meyvə suyu olaraq da həm yayda, həm də qışda rahatlıqla yeyilən bir meyvədir;

Eyni zamanda sidik yolu təmizləyici və sidik qovucudur;

Ən yaxşı faydalarından biri rahat həzm olunmasıdır. Hemoroid olanlar üçün rahatlaşdırıcı bir meyvədir;

Bağırsaq qurdları və bağırsaq soxulcanlarını salmağa də çox təsirlidir;

Dərini cavanlaşdırır;

Mineral baxımdan zəngindir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz