Astaranın Pəlikəş kəndində xəstəxananın açılışı olub

Xəbərin çap versiyası
Tarix: 14-06-2017, 01:00
Astaranın Pəlikəş kəndində xəstəxananın açılışı olub


Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərin sakinləri ilə görüşü və yeni inşa edilmiş sahə xəstəxanasının açılışı olub.

SİVİL.AZ-ın məlumatına görə, görüşdə sakinlər rayon rəhbərliyinin təşkilatçılığı və yaxından köməkliyi ilə görülən geniş abadlıq və quruculuq işləri barədə razılıqla söhbət açıblar. Ağsaqqal Talıb Salayev çıxış edərək qeyd edib ki, rayon mərkəzindən xeyli uzaqda dağlıq ərazidə yerləşən, ən ucqar kəndlərin daxil olduğu Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ərazisinə asfalt yolun çəkilməsi ilə burada olan yaşayış məntəqələrinin ən mühüm problemləri əslində həllini tapıb.

Uzun illər yararsız vəziyyətdə olan, əhaliyə tibb xidməti göstərmək üçün ən adi bir şəraiti olmayan köhnə tikilinin yerində müasir tipli xəstəxana binasının inşa edilməsini yerli sakinlərə böyük töhfə olduğunu bildirən natiq, ölkə Prezidenti cənab İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə və layihəni gerçəkləşdirən Azərbaycan Kənd İnvestisiya Layihəsi rəhbərlərinə bütün sakinlər adından minnətdarlığını bildirib. Qeyd etmişdirdib ki, 1972-ci ildə inşa edilmiş köhnə bina əvvəllər sovxozun gübrə anbarı, sonralar isə xəstəxana binası kimi fəaliyyət göstərmiş, əsaslı təmir olunmadığından bərbad hala düşmüşdü. 7000 nəfər əhaliyə xidmət göstərən Pəlikəş kənd sahə xəstəxanasının yeni yaraşıqlı binasını görmək doğrudan da ürəkaçandır.

Sım kənd tam orta məktəbin direktoru Nəbi Xalıqov, Pəlikəş kənd sahə xəstəxanasının baş həkimi Elşad Baxşıyev və başqaları da çıxışlarında yüksək diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə hədsiz minnətdarlıqlarını bildiriblər.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək qeyd edib ki, yüksək dağlıq ərazidə yerləşən Pəlikəş kəndinin yolları bərbad olduğu üçün əhali bundan böyük əziyyət çəkirdi. Mövcud olduğu illərdə normal yolu olmayan bu kəndə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsait hesabına yüksək səviyyəli avtomobil yolu çəkilib. 12 min nəfər əhaliyə xidmət edən 21 km uzunluğunda olan Deqədi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılması və 13 aprel 2015-ci ildə bu yolun açılışında ölkə rəhbərinin şəxsən iştirak etməsi cənab Prezidentin ölkənin hər bir vətəndaşının rifahının yaxşılaşdırılmasına yüksək diqqət və qayğıyla yanaşdığının bariz nümunəsidir. İllərlə həllini gözləyən bu problemin aradan qaldırılması ilə dağ kəndlərinin minlərlə sakini rahatlığa çıxıbdır.

Bir neçə gün bundan əvvəl cənab Prezidentin Astara şəhərindəki park-bulvar kompleksinin ərazisinin genişləndirilməsi ilə əlaqədar vəsaitin ayrılması barədə verdiyi Sərəncam da dövlət başçımızın Astaraya və astaralılara yüksək diqqət və qayğısının təzahürüdür. Park-bulvarın ərazisi genişləndiriləndən sonra ətrafında yaradılacaq müasir turizm infrastrukturları – mehmanxana, hotellər, idman-əyləncə və iaşə obyektləri şəhərə xüsusi yaraşıq verəcəkdir.

Kənd sakinləri ilə görüşdən sonra Dünya Bankının Azərbaycan üzrə direktoru Navid Hasan Naqvin, Azərbaycan Kənd İnvestisiya Layihəsinin Dünya Bankı üzrə təşkilatçı meneceri Satoşi İşihava, Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərovun iştirakı ilə Pəlikəş kənd sahə xəstəxanası üçün inşa edilən yeni binanın açılışı olub.

İcra başçısı Qəzənfər Ağayev və Dünya Bankının Azərbaycan üzrə direktoru Navid Hasan Naqdin xəstəxananın yeni binasının açılış lentini kəsəndən sonra burada həkim, tibb işçiləri və xəstələr üçün yaradılmış şəraitlə tanış olaraq tövsiyə və tapşırıqlarını veriblər.

Sərraf Mirsəfəroğlu


Astaranın Pəlikəş kəndində xəstəxananın açılışı olub

Astaranın Pəlikəş kəndində xəstəxananın açılışı olub

Astaranın Pəlikəş kəndində xəstəxananın açılışı olub

Astaranın Pəlikəş kəndində xəstəxananın açılışı olub

Astaranın Pəlikəş kəndində xəstəxananın açılışı olub


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz