Arıqlamağın asan yolları – RESEPT

Xəbərin çap versiyası
Tarix: 13-06-2017, 19:44
Arıqlamağın asan yolları –


Arıqlama prosesi uzun və məşəqqətli bir dövrdür. İnsanlar həmişə tez və zəhmətsiz arıqlamağın yollarını axtarır. Qısa zaman ərzində istənilən kiloda olmaq çətin görünsə də, mümkünsüz deyil.

SİVİL.AZ xəbər verir ki, bəzi yüngül içkilər arıqlamağa kömək edir.

Darçın və bal

Hazırlanması: bir stəkan suya bir qaşıq bal və yarım xörək qaşığı darçın tökülür. Su çox isti olmamalıdır, qida maddələrini itirməsin deyə bir qədər soyumalıdır. Həmçinin, yağları əritmək üçün limon da əlavə etmək olar. Acqarına bir stəkan içmək məsləhət görülür.

Zəncəfil, limon, xiyar

Hazırlanması: bir limon (soyulub dilimlənmiş və ya suyu), bir xiyar (soyulmuş), bir çayqaşığı üyüdülmüş zəncəfil, 10 ədəd nanə yarpağını 2 litr suya qarışdırıb 15 saat ərzində soyuducuda saxlamaq lazımdır. Bu içkini gündə 8 stəkan olmaqla, 4 gün ərzində içmək məsləhət görülür. Həmçinin, gündə 8 stəkan su içmək lazımdır. Bu yolla 4 gündə 3 kiloqram atmaq mümkündür. (Axar.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz