Bürclər - 14 İYUN
Tarix: 14-06-2017, 00:15
SİVİL.AZ 14 iyun tarixi üçün ulduz falını təqdim edir:
Qoç – işlər pis getməyəcək. Lakin mənfi tendensiyalar hələ də hiss olunacaq. Siz hər zaman kələk gözləyir və bununla da öz imkanlarınızı məhdudlaşdırırsınız.
Buğa – heç olmasa, indiyədək dəfələrlə sədaqətini göstərmiş adamlara etibar edin – bu adamlar sizi pis vəziyyətdə qoymayacaqlar. Yeni başlanğıclarda problemlər yarana bilər. Amma bu gün yaranan çətinliklərin əksəriyyəti həll oluna biləndir.
Əkizlər – ətrafdakılara öz üstünlüyünüzü göstərmək istəyi yaranacaq. Bu üzdən bəzi Əkizlər çox aqressiv olacaqlar. Soyuqqanlı və səbrli davranın.
Xərçəng – çoxlu səhvlər buraxır, emosiyalarınıza uyğun hərəkət edir, ehtiyat və sağlam düşüncəni bir anlıq istəklərinizə qurban verirsiniz. Bu, gec və ya tez xoşagəlməzliklərə səbəb olacaq
Şir – təcrübəli adamların məsləhətlərinə qulaq asın. Sizə dəyər verən insanlar sizi düşünülməmiş hərəkətlərdən qorumağa çalışacaqlar.
Qız – birgə layihələrdə iştirak etmək, başqalarının biznesinə pul qoymaq tövsiyə olunmur. Səfərlərdə ehtiyatlı olun: onlar müsbət emosiyadan daha çox, narahatlıq və təlaş gətirəcəklər.
Tərəzi – əlverişsiz tendensiyaların təsiri hələ də güclüdür. Siz tez-tez səbəbsiz yerə əsəbləşir, boş şeylərə görə həyəcanlanırsınız. Bu gün bürcün bir çox nümayəndələri üçün ciddi sarsıntılarla yadda qalacaq. Bu sarsıntılardan sonra onların özlərinə gəlməsi o dəqiqə alınmayacaq.
Əqrəb – iş məsələlərini həll etmək arzuolunan deyil. Siz şəxsi və peşə məsələlərini bir-birinə qatmağa meyllisiniz. Bu, həyatın hər iki sahəsində gərginliyə səbəb ola bilər. İşdə məhəbbət macəralarından uzaq durmağa çalışın. Onlar sizin xeyrinizə olmayacaq.
Oxatan – günün emosional fonu əlverişlidir. Bu, yaxşı ovqat və nikbinlik vəd edir. Vaxtı şən keçirmək istəyi var. Müəyyən qədər səy göstərsəniz, bu, baş tutacaq.
Oğlaq – dostlarla görüşlər, yaxınlarla ünsiyyət sevinc bəxş edəcək. Qonaq qəbul etmək üçün münasib gündür. Vacib məsələləri evdə müzakirə etmək tövsiyə olunur.
Dolça – uğurlu bazarlıqlar mümkündür. Bu gün həm gündəlik istifadə üçün adi şeylər, həm də qeyri-adi, ekstravaqant nəsə almaq olar.
Balıqlar – bu gün işgüzar məsələlərin həlli üçün yaxşı gündür. Həyat potensialı, enerjiniz və mənəvi gücünüz yüksəkdir. Bu, uğur əldə etmək üçün lazım olacaq.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər