Əsnəmək nəyə xeyirdir?

Xəbərin çap versiyası
Tarix: 14-06-2017, 22:36
Əsnəmək nəyə xeyirdir?


Əsnəmək yaşından asılı olmayaraq bütün insanlar üçün təbii haldır.

SİVİL.AZ bildirir ki, əsnəmək, yorğunluq, narahatlıq və ya yuxululuq halının göstəricisi olaraq bilinir. Xüsusilə izdihamlı, sıxlıq mühitdə kobud hərəkət kimi qəbul edilsə də, sağlamlığa yaxşı təsir etdiyi təsdiq edilib.

Beləliklə, əsnəməyin faydaları bunlardır:

1) Əsnəmək beyni soyutmağa yardımçı olur. Soyuq havanın daxilə qəbul edilməsini təmin edir və beləliklə də beyin sağlam temperaturuna qayıdır;

2) Əsnəmək beynə və qan dövranına daha çox oksigen daxil olmasını təmin edir. Həmçinin ağciyərlərdə toplanmış karbondioksiti xaric edir;

3) Uzun bir əsnəmə zamanı gözləriniz yaşarır. Bu hal əsnəmə ilə birlikdə gözlərdəki gözyaşı toxumalarının sıxılmış olmasından irəli gəlir. Göz yaşı həm gözü nəmləndirir, həm də görməni kəskinləşdirir:

4) Əsnəmə beynin konsentrasiyasını və diqqətin cəmlənməsini də inkişaf etdirir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz