Azərbaycan əhalisinin sayı artıb

Xəbərin çap versiyası
Tarix: 16-06-2017, 21:30
Azərbaycan əhalisinin sayı artıb


Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 26714 nəfər və ya 0,3% artaraq 2017-ci il may ayının 1-i vəziyyətinə 9 836 695 nəfərə çatıb.

SİVİL.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin ümumi sayının 53,0%-ni şəhər, 47%-ni kənd sakinləri, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 46996 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 52,8%-i oğlan, 47,2%-i isə qız uşaqlarından ibarət olub. Körpələrdən 836-sı əkiz, 18-i üçəm doğulanlardır.

Bu ilin yanvar-aprel aylarında ölkədə 20 684 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 6,5 təşkil edib.

Bu ilin ilk 4 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 18229 nikah və 4896 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub. Bu ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 850 nəfər Azərbaycana gələn, 448 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 402 nəfər təşkil edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz