Kanalizasiya suyu axıdılan əraziyə çimərlik kimi icazə verilib - VİDEO
Tarix: 17-06-2017, 23:30
Suraxanı rayonunda kanalizasiya suyu birbaşa dənizə axıdılır. Yaxınlıqda isə "istifadəyə yararlıdır" qərarı verilmiş çimərlik fəaliyyət göstərir.
SİVİL.AZ "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, söhbət paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsindən gedir. Çirkab suların dənizə axıdılması nəticəsində ətraf əraziləri də üfunət bürüyüb.
Kanalizasiya suyunun axıdıldığı yer monitorinqələr zamanı çimərliyə yararlı ərazi kimi qeyd olunub. Çəkiliş apardığımız zaman da burada çimməyə icazə verildiyini bildirən löhvələr vurulmuşdu.
Yaxınlıqda yaşayanlar deyir ki, bir neçə il əvvəl burada kanalizasiya suları borular vasitəsilə birbaşa dənizin ortasına ötürülürdü. Ancaq sonradan kimsə bu boruları çıxardaraq satıb.
Bu ərazi balıqtutnaların da məskəninə çevrilib. Çirkab sudan balıq tutaraq istifadə edir və ya satırlar.
Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan qəsəbə nümayyəndəsi Ağasəlim Əliyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, "Azərsu” Açıq Səhimdar Cəmiyyətinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Yaxın vaxtlarda problem həll olunacaq.
Xatırladaq ki, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Suraxanı rayonu, Hövsan qəsəbəsində , yəni bu ərazidə manitorinq keçirmişdilər. Monitorinq zamanı yaşayış evlərindən dənizə çirkab su axıdılması faktı aşkar edilib. Məhz buna görə əraziyə nəzarət edən vəzifəli şəxs cərimə edilib.
Ancaq görünən odur ki, üstündən bir il keçməsinə baxmayaraq hələ də nəticə çıxaran yoxdur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər