Növbəti dərs ilinin müddəti və tətillərin vaxtı AÇIQLANDI

Xəbərin çap versiyası
Tarix: 24-06-2017, 21:23
Növbəti dərs ilinin müddəti və tətillərin vaxtı


Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid tədris planları təsdiq edilib.

SİVİL.AZ xəbər verir ki, əmrə əsasən, Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2016-2017-ci dərs ilinə tədris planları və tədris planlarına dair "Qeydlər" təsdiq ediləcək.

Buraya ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün tədris planları, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün tədris planları, ümumtəhsil məktəblərinin X-XI sinifləri üçün tədris planları, azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları daxildir.

Yeni təsdiq edilən tədris planlarına əsasən, növbəti tədris ili ərzində dərs məşğələlərinin vaxtı açıqlanıb. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatmalıdır. Dərs ili iki yarım ilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar tarixləri, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərində müəyyələşib.

Dərs ili ərzində tətillər də müəyyən edilib. Belə ki, 5 gün payız tətili 16-20 noyabr, 5 günlük qış tətili 27-31 yanvar, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərində olacaq. ("Qaynarinfo")

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz