Tələbə qızlar daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?
Tarix: 27-06-2017, 16:35
Azərbaycanda ali məktəblərdə təhsil alan tələbə qızların sayı kolleclərlə müqayisədə daha azdır.
SİVİL.AZ-ın verdiyi məlumata görə, son tədris illəri ərzində Azərbaycanda təhsil alan orta ixtisas təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu qızlardır.
Orta ixtisas məktəbləri ilə müqayisədə ali məktəblərdə təhsil alan qızların tələbələrin sayı isə daha azdır. Kolleclərdə təhsil alan tələbələrin 60 faizindən çoxu qız olduğu halda, ali məktəblərdə oxuyan qadın tələbələr bütün tələbələrin tam olaraq yarısını da təşkil etmir.
Belə ki, 2016-2017-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinin 51702 tələbəsi olub ki, onların da 34308 nəfəri - 66,3 faizi qız olub. 2011-2012-ci tədris ilində bütün tələbələrin 65,8 faizi, 2012-2013 tədris ilində 66,3 faizi, 2013- 2014-cü tədris ilində 67,1 faizi, 2014-2015-ci tədris ilində 67,4 faizi, 2015-2016-cı tədris ilində isə 66,7 faizini qızlar təşkil edib.
Ali təhsil müəssisələrinə gəldikdə, 2016-2017-ci tədris ilində bütün tələbələrin - 163779 nəfərin 79132 nəfəri, yaxud 48,3 faizi qızlar olub. Ali məktəblərdə bundan əvvəlki tədris illərində də tələbə qızların faiz göstəricisi 46-48 faiz arasında dəyişib. (Trend)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər